Səkkizinci kilometr və ya el dili ilə desək, “Vosmoy bazarı” Bakının ən böyük ticarət məkanlarından biridir. Burada sizə lazım olan hər bir şeyi tapa bilərsiniz. İynə-sapdan tutmuş, tikinti materialları, meyvə-tərəvəzə qədər. Bütün bu bolluq mövcudluğunu qəribə xaosun içində davam etdirir: Həm topdan, həm də pərakəndə satış yerlərində antisanitar vəziyyət, qeyri-standart piştaxta düzülüşü, kommunal xidmətlərin olmaması və […]
Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində səkkiz yaşlı uşaq yol-nəqliyyat hadisənin səbəbkarı olub. Belə ki, azyaşlı atasına məxsus “Ford Transit” markalı park edilmiş avtomobili işə salıb və binanın həyətində sürməyə başlayıb. Bu zaman o, idarəetməni itirərək dayanmış iki avtomobillə toqquşub. Hadisə şahidi avtomobili uşağın idarə etdiyini gördükdə polisə məlumat verib. Dərhal polis əməkdaşları əraziyə gəliblər. Onlar uşağı atası ilə […]
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolunu keçən 1988-ci il təvəllüdlü Hüseynova Nahidə Əlibaba qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az