Aprelayının 11-də EkologiyavəTəbii Sərvətlər Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsredilmiş ağacəkmə aksiyası keçirildi. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər, Bakı Slavyan Universitetində təhsilalan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından iştirak etmişlər. Gənclər bayram əhval-ruhiyyəsi ilə vətənpərvərlik mahnıları oxuyaraq, birlikdə rəqslər etdilər.
Sonda bu əlamətdar günlə bağlı gənclər xatirə şəkilləri çəkdirdilər.