XəbərAl.az bildirirki, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ulduz” Şokolad fabrikinə könüllü gənclərin ekskursiyası təşkil edilib. Ekskursiyada PXTİB-nin “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva, “Ulduz” şokolad fabrikinin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyeva, fabrik işçiləri və 20 nəfər PXTİB-nin könüllü gəncləri iştirak ediblər. Açılışı “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva edərək, “Ulduz”Şokolad fabrikinin rəhbərliyinə bu şəraiti yaratdıqları üçün öz minnətdarlığını bildirib. “Loqos” PNİM və PXTİB-nin fəaliyyəti barədə geniş məlumat verərək, “Loqos” jurnalını haqqında maraqlı fikirlər səsləndirərək, jurnalı hədiyyə olaraq fabrikin nümayəndəsinə təqdim edibdir. Daha sonra fabrikin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyevaya çıxış edərək, “Loqos” PNİM və PXTİB rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkürünü bildirib, gənclərə fabrik haqqında məlumat verib. Ulduz şokolad fabrikinin təqdimatı olaraq video-rolik nümayiş etdirilib. Daha sonra gənclər fabrikin əsas hissəsi olan şokolad istehsalına baxmağa dəvət edilib. Gənclər müasir avadanlıqlarla tam gigiyenik qaydada şokoladın hazırlanma prosesi ilə yaxından tanış olublar. Ekskursiyanın gedişatında istehsal üzrə mütəxəssis avadanlıqlar, şokoladın hazırlanma prosesi və tərkibi haqqında gənclərə geniş məlumat veribdir. Proses izah olunarkən gənclərə şokolad hədiyyələri paylanılıb. Sonda fabrik nümayəndələri və gənclər ilə xatirə fotosu çəkdirilib.
Oxşar Xəbərlər
Cavanşir Quliyev: “Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm”
“Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum”. Oxu.Az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib. Bəstəkar Heydər Əliyev Fonduna və fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya […]
Güneyli milli fəal dəfn mərasimində həbs edilib – FOTO
Bu gün Güney Azərbaycan Milli Hərəkatının fəalı Hadi Quluzadə mədəniyyət xadimi və yazıçı Əli Cəngcu Xalidabadinin Təbrizdəki “Vadi Rəhmət” qəbiristanlığında keçirilən dəfn mərasimində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Milli fəalın həbsinin səbəbləri və hara aparılması barədə dəqiq məlumat yoxdur. Xatırladaq ki, güneyli fəal daha öncə insanların diqqətini […]
Azərbaycanda dəhşətli hadisə: Oyun oynayan azyaşlı qardaşların başından qaynar su töküldü – FOTO
İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib. Bu barədə Oxu.Az-a Məmmədli Rafiq məlumat verib. O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarətləri alıb: “Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını […]