Dünya

Güneyli milli fəal dəfn mərasimində həbs edilib – FOTO

Sharing is caring!


Bu gün Güney Azərbaycan Milli Hərəkatının fəalı Hadi Quluzadə mədəniyyət xadimi və yazıçı Əli Cəngcu Xalidabadinin Təbrizdəki “Vadi Rəhmət” qəbiristanlığında keçirilən dəfn mərasimində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Milli fəalın həbsinin səbəbləri və hara aparılması barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, güneyli fəal daha öncə insanların diqqətini Urmiya gölünün kritik vəziyyətinə cəlb etmək üçün simvolik olaraq bel çantasının üzərinə “Özümüz üçün/gölümüz üçün” yazılmış vərəqə asaraq, Təbrizdən Urmiya gölünə qədər piyada getmişdi. O, bu addımına görə ETTELAAT İdarəsinin təhdidləri ilə üzləşmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir