Ölkə

PXTİB – nin könüllü gəncləri “Ulduz” Şokolad fabrikinə ekskursiya ediblər.

Sharing is caring!

XəbərAl.az bildirirki, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ulduz” Şokolad fabrikinə könüllü gənclərin ekskursiyası təşkil edilib. Ekskursiyada PXTİB-nin “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva, “Ulduz” şokolad fabrikinin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyeva, fabrik işçiləri və 20 nəfər PXTİB-nin könüllü gəncləri iştirak ediblər. Açılışı “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva edərək, “Ulduz”Şokolad fabrikinin rəhbərliyinə bu şəraiti yaratdıqları üçün öz minnətdarlığını bildirib. “Loqos” PNİM və PXTİB-nin fəaliyyəti barədə geniş məlumat verərək, “Loqos” jurnalını haqqında maraqlı fikirlər səsləndirərək, jurnalı hədiyyə olaraq fabrikin nümayəndəsinə təqdim edibdir. Daha sonra fabrikin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyevaya çıxış edərək, “Loqos” PNİM və PXTİB rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkürünü bildirib, gənclərə fabrik haqqında məlumat verib. Ulduz şokolad fabrikinin təqdimatı olaraq video-rolik nümayiş etdirilib. Daha sonra gənclər fabrikin əsas hissəsi olan şokolad istehsalına baxmağa dəvət edilib. Gənclər müasir avadanlıqlarla tam gigiyenik qaydada şokoladın hazırlanma prosesi ilə yaxından tanış olublar. Ekskursiyanın gedişatında istehsal üzrə mütəxəssis avadanlıqlar, şokoladın hazırlanma prosesi və tərkibi haqqında gənclərə geniş məlumat veribdir. Proses izah olunarkən gənclərə şokolad hədiyyələri paylanılıb. Sonda fabrik nümayəndələri və gənclər ilə xatirə fotosu çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir