Bakıda ağac kəsilib.
Bu barədə Oxu.Az-a vətəndaş tərəfindən müraciət daxil olub.
Belə ki, paytaxtın Məhəmməd Hadi küçəsində (“Zəhra” mərasim evi ilə üzbəüz) axşam saatlarında ağac kəsilib:
“Gecə saat 2-də binanın qarşısındakı ağacları kəsiblər. Polis çağırıldı, aidiyyəti üzrə həmin şəxslər ərazidən uzaqlaşdırıldılar. Amma sonra yenidən qayıtdılar, yəqin ki, qalan ağacları da kəsmək istəyirlər.
Yaxın zamanda o ərazidə hansısa tikintiyə başlanılacaq, hazırlıq gedir. Park kimi yer idi, hətta orda olan 2 ədəd skamya da yoxa çıxıb”.
Məsələ ilə bağlı aidiyyəti üzrə Bakı Yaşıllaşdırma Təsərrüfat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə bir ədəd ağacın kəsilməsi faktı aşkarlanıb:
“Akt tərtib edilərək hüquq-mühafizə orqanlarına göndərilib. Ərazi bundan sonra da birliyin əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq”.
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-2.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-3.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-4.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-5.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-6.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-7.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/09/bakida-agac-kc999silib-foto-8.jpg)
Könül Cəfərli
Xeberal.az