Azərbaycanda dəmir yolu ilə həm sərnişindaşıma, həm də yükdaşıma gəlirləri nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, bu ilin sentyabr ayında 631 204 sərnişin qatarlarla səyahət edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, bu rəqəm 2022-ci ilin göstəricisindən 46 faiz çoxdur. Müşahidələrimiz onu göstərir ki, son vaxtlar şəhərdə avtomobillərin çoxluğu, tıxacların yaranması əhalinin dəmiryol nəqliyyatına marağını […]
Bazarlarda nehrə və kərə yağları ucuzlaşıb. Xezerxeber.az-ın məlumatına görə, paytaxt ərazisində yerləşən “Yaşıl bazar” adlanan ərazidə nehrə və kərə yağının qiyməti iki manat aşağı düşüb. Ekspertlər bildiriblər ki, sözügedən yağların ucuzlaşmasının səbəbi alıcı kütləsinin azlığıdır. Qeyd edək ki, ötən il ölkəmizə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,53%-ni təşkil edib. Ətraflı süjetdə: Xeberal.az
Azərbaycan ərazisində mayın 8-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə […]