Xeberal.Az bildirir ki, bu haqqda DİN-in mətbuat xidmətinin rəyisi Ehsan Zahidov məlumat verib, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb. Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
Oxşar Xəbərlər
Floridada təyyarə treyler parkına çırpılıb, ölənlər var – VİDEO
ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb. Yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib. O, ölənlərin dəqiq sayını açıqlamayıb. Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb. Yanğınsöndürmə rəisi qeyd edib […]
Bakıda mənzildə yanğın olub: Sakinlər təxliyə olunublar
Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, Yasamal rayonunda ümumi sahəsi 88 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində mebel 0,5 poqonometr və bir ədəd paltaryuyan maşın yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən doqquz nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. […]
Baydenin reytinqində yeni antirekord
Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətinə amerikalıların cəmi 39%-i dəstək verir. NBS telekanalının sosioloji sorğusunun nəticələri belə deməyə əsas verir. Bildirilir ki, bu, müvafiq göstərici üzrə yeni antirekord sayılır. Sorğuya əsasən, amerikalıların 56%-i Baydenin fəaliyyətini bəyənmir. Həmçinin, respondentlərin 70%-i ölkənin yanlış istiqamətdə getdiyi qənaətindədir. Xeberal.az