Şou-Biznes

Müğənni Nüşabə Musayeva karantin qaydalarını pozduğuna görə 200 manat məbləğində cərimə edildi

Sharing is caring!

Xeberal.Az bildirir ki, bu haqqda DİN-in mətbuat xidmətinin rəyisi Ehsan Zahidov məlumat verib, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb. Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir