“Anamın öldüyünü 4 il məndən gizlətdilər. Amma onun öldüyünü, əlbəttə ki, hiss edirdim. Çünki anam Türkiyədə müalicə aldığı vaxtlar onunla zəngləşirdik, xəbər tuturdum. Amma bu illər ərzində nə qədər anama zəng etsəm də, onun nömrəsinə zəng çatmır deyilirdi”. Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər verilişlərdən birində deyib. Məhrum aktrisanın qızı anası […]
“Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin üçüncü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. Onun sözlərinə görə, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və […]
Sumqayıtda dörd gün əvvəl iş yoldaşı ilə münaqişə zamanı başından zərbə alan 36 yaşlı kişi bu gün ölüb. APA xəbər verir ki, hadisə Çerkassi küçəsində yerləşən mebel sexlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Amid Həmid oğlu Gözəlov iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı A. Həmidov başından ağır zədə alıb. Zədə alan şəxs xəstəxanaya çatdırılıb. […]