Son günlər Türkiyənin məşhur aktyoru Ali Sunalın “Güldür Güldür Show”dan ayrıldığı xəbərləri dolaşır.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, aktyor özü buna cavab verib:
"Guya mənim getdiyimlə bağlı əsasız məlumatlar yayıldı. Heç yerə getmirik, heç kim də get demir. Bir parçasına çevrildiyimiz kanalımızda verilişimizə davam edirik. Hamınıza sevgi və hörmətlər".