“Azərişıq” ASC ötən gecədən başlayan güclü küləyin bəzi rayonlarda fəsadlar yaratması barədə açıqlama verib.
ASC-dən Oxu.Az-a bildirilib ki, martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb:
“Nəticədə bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq” ASC-nin mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Ərazilərdə elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir”.
09:24
Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub, hazırda Göyçay rayonun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.
Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.
İlhamə Əbülfət
Xeberal.az