İdman

Əliyar Ağayev Fransa klubunun oyununu idarə edəcək

Sharing is caring!

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir