Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək. “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Binəqədi rayon İcra Hakimiyyəti, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və “Ləzzət” kulinariya evinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə marağı olan şəxslərin nəzəri və praktiki biliklərinin genişləndirilməsi və nitq qüsurları olan insanların müalicəsinə diqqəti artırmaqdan ibarətdir. Konfransda floortime (Uşağın duyu, dil, motor bacarıqlarını dəyərləndirən və uşağın inkişaf səviyyəsini artırmaqda kömək edən yerdə oyun və ya oyunla terapiya adlı vasitədir ), nitq qüsurları, uşaqların erkən inkişaf dövründə yaranan problemləri, onların diaqnostikası və korreksiyası (doğuşdan 3 yaşa qədər), uşaqlarda nitq qüsuru kimi görünən psixoloji narahatlıqlar, dislaliya və onun korreksiyası kimi mövzular üzrə panellər təşkil ediləcək. Qeyd edək ki, konfrans 3 gün davam edəcək. Konfransın açılış mərasimi 29 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində akt zalında təşkil ediləcək. Qeydiyyat üçün +994559764846 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar Xəbərlər
İlham Əliyev Firəngiz Əlizadəni təltif etdi
Prezident İlham Əliyev Firəngiz Əliağa qızı Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, F.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Xeberal.az
Nazir müavini: “İşsiz şəxslərə yardım versək, onlar işləməyəcəklər”
“Hazırda ölkədə 65 min şəxs ünvanlı sosial yardım alır. Hesabla bu şəxslərin ailələrinə 490 manat düşür”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib. “Biz əgər işsiz şəxslərə ünvanlı sosial yardım versək, həmin şəxslər işləməyəcəklər, aktiv sahələrlə maraqlanmayacaqlar. Ona görə […]
Bakı sakinindən bir kiloqramdan çox heroin götürülüb
Bakı sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Seymur Məmmədovdan 1 015 qram heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az