Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirildi. Görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət etdi və onların ruhlarına dualar oxundu. Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar. Fəzail Ağamalı Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş dayandı və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırdı. Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd Ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söylədilər. Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Oxşar Xəbərlər
Xarici media nümayəndələri Ağdamda aşkarlanan narkotik plantasiyalarına baxış keçirirlər
Xarici media nümayəndələri Ağdamın işğaldan azad edilmiş Sırxəvənd kəndində aşkarlanan narkotik plantasiyalarına baxış keçirir. “Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, ərazidə Almaniya, Fransa və Türkiyədən olan jurnalistlərlə yanaşı, Azərbaycan KİV-in nümayəndələri də var. Media mənsubları ermənilərin mənfur əməlləri ilə tanış olurlar. Xeberal.az
Cıdır düzünə Heydər Əliyevin imzasını çəkdilər – VİDEO
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə videoçarx hazırlayıb. İdarə tərəfindən təqdim olunan videoçarxda qeyd edilib: “Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Şuşanın inkişafı ulu öndərin adıyla sıx bağlıdır. Belə ki, Şuşa şəhərində Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox taleyüklü məsələlər […]
Göygöldə sərxoş piyadanı avtomobil vurdu
Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobiı yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, M.Həsənov hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az