Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı O, Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi. Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi. Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.
Oxşar Xəbərlər
PKK-nın Azərbaycanda qurduğu hörmüçək toru – Seymur Həzi Süleyman Dəmirtaşı dəstəkləməklə kim olduğunu sərgiləyir
Hörmətli Oxucular; Azərbaycanın müxalifət partiyası AXCP-nin Türkiyədəki müxalifət partiyaları ilə qol-qola olduğu və bu partiyanın sədr müavini Seymur Həzinin Türkiyədə sayı yeddidən (7) çox olan siyasi partiyalarla təmasda olduğu indi bəlli olur (maşallah) dirsək təması indi aydın görünür. İçində nə var, deyə bilərsən. TBM-də olan bəzi Deputatların “AB-yə tabe olan bəzi ölkələrdə Türkiyəyə qarşı təbliğat aparmasına […]
Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”
“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”. “Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib. Kapitan komandanın matça hazır olduğunu söyləyib: “Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, […]
Mingəçevirdə yaşlı adamın yaşadığı vaqon yandı – VİDEO
Mingəçevirdə baş verən yanğın nəticəsində yaşlı kişi tüstüdən zəhərlənib. Hadisə şəhərin Energetiklər massivinin “Vaqonlar” adlanan ərazisində qeydə alınıb. Qəfildən başlayan alov tez bir zamanda ətrafa yayılıb. Əraziyə yanğınsöndürənlər çağırılıb. Hadisə zamanı evdə tək yaşayan Əziz Daşdəmirov tüstüdən zəhərlənib. Yaşlı kişi xəstəxanaya çatdırılıb. Zərərçəkənin oğlu bildirib ki, atasının borcu olduğuna görə qazını kəsiblər, bu səbəbdən odun […]