Siyasət

Lerikdən qovulan namizəd İqbal Məmmədovun inanılmaz var – dövlətinin SİYAHISI YAYILDI

Sharing is caring!

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd İqbal Məmmədova qarşı etirazlar səngimək bilmir.

Artıq bir neçə gündür ki, Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyevlə rayonun kəndlərində seçicilərlə görüşə gedən İqbal Məmmədovun görüşünə heç kim gəlmir.

İxa.az-a verilən məlumata görə deputatlığa namizədlə rayon icra başçısının müavini görüşə getdikləri kəndlərdə kənd icra nümayəndələrinin evlərində qonaq olur, şəkil çəkdirib yaydıraraq sadə insanların onlara dəstək verdiyi görüntüsü yaratmaqla ictimaiyyəti aldatmağa çalışırlar.

Lerik sakinlərinin İqbal Məmmədova qarşı olan qəzəblərinin səbəi isə indiyə kimi onlarla maraqlanmamasıdır.

Bu arada sosial şəbəkələrdə İqbal Məmmədovun dəyəri on milyonlarla ölçülən var dövlətinin siyahısı yayılıb:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).

2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).

3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.

4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).

9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda villalar…

Xatırladaq ki, ötən ilin avqust ayında İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində yoxlamaya gəlmiş Vergilər Nazirliyinin əməkdaşları döyülmüşdü.

Baş verən insidentə görə İqbal Məmmədovun oğlu və qardaşı oğlu olmaqla 6 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçildi.”Qlobal.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir