Türkiyənin Fransanın Marsel şəhərindəki səfirliyinə hücum olub.
Belə ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.
Marsel şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub. Daha iki nəfər polisdən qaça bilib, hazırda onlar axtarışdadırlar.
Saxlanılan şəxslərin kürd olduqların bildirib, onların PKK terror təşkilatı ilə əlaqələrinin olub-olmadığı araşdırılır.
Mənbə: Bfmtv.com
Xeberal.az