XəbərAl.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə 200-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Gəncə şəhərində və əsasən tələbələr arasında keçirilməsinin vacibliyini qeyd etmişdir. Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində hazırlanmış “Hər qaranlığı işıq qovar” adlı sənədli film Gəncə Dövlət Regional Kollecində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Gəncə Dövlət Regional Kollecinin tələbələri ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.
Oxşar Xəbərlər
Dostunu suya girməyə təşviq edən yenotun məqsədi izləyənləri qəhqəhəyə boğdu – VİDEO
Sosial şəbəkələrdə yenotla itin dostluğu barədə görüntülər böyük maraqla qarşılanıb. Kadrlarda hovuzun kənarında dayanan yenotun suyu göstərərək iti üzməyə təşviq etməsi görünür. Hətta ehtimal ki, suyun qəşəng olduğunu göstərmək məqsədilə itə su da sıçradır. Bu məqamlar maraqlı olsa da, yenotun əsl məqsədi sonradan bəlli olub. Belə ki, yenot, nəhayət, iti inandırmaq üçün özü suya girir. […]
Betonun üstündə yaşayan əlil çarəsiz durumda – VİDEO
Quba rayon Qaraçay kəndinin Ərəbxan yaşayış massivində yaşayan Zaur Xasməmmədov ünvanlı sosial yardım ala bilməməsindən şikayətçidir. O bildirib ki, 2011-ci ildən birinci qrup əlildir və ünvanlı sosial yardım alır. “Hər il republikanski xəstəxanada gəlib yatıram. Keçən il karantinə görə yollar bağlandı gələ bilmədim. Mənə ayrılan ünvanlı social yardım da dayandırıldı” – deyə, o qeyd edib. […]
Feliks “qırmızı” ilə başladı, “Çelsi” “Fulhem”ə də uduzdu – VİDEO
İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış oyunda “Çelsi” “Fulhem”lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, yeni ildə üçüncü oyununu keçirən London klubu bu dəfə qələbə üzünə həsrət qalıb. Görüş “Fulhem”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçla birlikdə “Çelsi”də debüt edən yeni transfer Joao Feliks isə 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qeyd edək […]