XəbərAl.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə 200-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Gəncə şəhərində və əsasən tələbələr arasında keçirilməsinin vacibliyini qeyd etmişdir. Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində hazırlanmış “Hər qaranlığı işıq qovar” adlı sənədli film Gəncə Dövlət Regional Kollecində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Gəncə Dövlət Regional Kollecinin tələbələri ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.
Oxşar Xəbərlər
Çempionlar Liqasının ilk turunun ən gözəl qolu məlum oldu – VİDEO
PSJ-nin futbolçusu Kilian Mbappenin UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Yuventus”un qapısına vurduğu top turun ən yaxşı qolu seçilib. Sorğu UEFA-nın rəsmi saytında aparılıb. Qeyd edək ki, fransalı hücumçu sözügedən oyunda dubl edərək PSJ-nin “Yuventus” üzərində qələbəsini (2:1) təmin edib. Mənbə: UEFA Xeberal.az
Mühafizə orderlərinin verilmə müddəti uzadılır
Mühafizə orderlərinin verilmə müddəti uzadılır. APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı […]
HƏMAS-ın israilli girovları saxladığı yeraltı tunellərin görüntüləri – VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) “HƏMAS”ın 20-yə yaxın israilli girovu saxladığı tuneldən video yayıb. Tunelin yerin 20 metr dərinliyində yerləşdiyi, uzunluğunun 830 metrdən çox olduğu bildirilir. Görüntülərdə labirintlər və dəmir barmaqlıqlı həbsxana kameraları əks olunub. Kameraların içərisində çirkli döşəklər və tualetləri olan kiçik hamamlar görünür. Xeberal.az