Xarici siyasət

ABŞ-ın indiyədək Ukraynaya göndərdiyi silahlar – Siyahı

Sharing is caring!

Fevralın 24-dən indiyədək ABŞ Ukraynaya 1,7 milyard dollardan çox yardım edib.

Xəbəral.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.

“Administrasiya Ukraynanın prioritet təhlükəsizlik yardımı tələblərini yerinə yetirmək üçün gecə-gündüz işləyir, ABŞ ehtiyatlarından silahlar mövcud olduqda çatdırılır” – məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, indiyədək ən azı 1400 Stinger zenit sistemi, 5000-dən çox Javelin zireh əleyhinə sistemlər, 7000-dən çox atıcı silah, 50 milyon güllə, 45 000 dəst zireh və dəbilqə, lazerlə idarə olunan raket sistemləri, gecə görmə cihazları, termal görüntü sistemləri və s. hərbi avadanlıqlar Ukraynaya göndərilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir