AKTUAL

60 yaşdan yuxarı olanlar üçün məcburi COVİD peyvəndi qaydasını rədd edib

Sharing is caring!

Almaniya parlamenti cümə axşamı 60 və daha yuxarı yaşda olan insanlar üçün məcburi qaydada COVID-19-a qarşı peyvənd tələbini nəzərdə tutan qanun layihəsini rədd edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi əleyhinə 378, lehinə 296 səslə rədd edilib.

Bundan sonra ölkənin səhiyyə naziri Karl Lauterbax öz “Twitter” səhifəsində bildirib ki, qanun layihəsindən imtina gələcəkdə koronavirusla mübarizəni çətinləşdirəcək.

Keçmiş kansler Angela Merkel dövründəki hökumət də Almaniyada məcburi peyvənddən imtina etmişdi. Bununla belə, həm kansler Olaf Şolts, həm də səhiyyə naziri Lauterbax belə bir addımın tərəfdarı qismində çıxış edirlər.

Robert Kox İnstitutunun (RKI) verdiyi məlumata görə, 2021-ci ilin sonunda Almaniyada həftə ərzində təxminən 7,6 milyon peyvənd vurulurdusa, hazırda bu rəqəm 338 minə düşüb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir