Xarici siyasət

“Rusiyanın ABŞ və NATO-ya cavabı hazırdır” – Zaxarova

Sharing is caring!

“Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-ya cavabı son mərhələdədir”.

Xəbəral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” yutub kanalının efirində deyib.

“Bizim cavabımız demək olar ki, hazırdır. Dünən müdafiə naziri və xarici işlər naziri Prezidentə cavabın hazırlığının son mərhələdə olduğu barədə məlumat veriblər”, – deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, Vladimir Putin dünən Sergey Lavrov və Sergey Şoyqu ilə təhlükəsizlik üzrə ABŞ və NATO ilə danışıqların davam etdirilməsini müzakirə edib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir