Xarici siyasət

Türkiyə parlamentinin sədri Bakıya gəlir

Sharing is caring!

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop yaxın günlərdə Azərbaycana səfər edəcək.

XəbərAl.az xəbər verir ki, bu barədə Modern.az-a TBMM-nin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Deputat bildirib ki, səfər TÜRK PA çərçivəsində baş tutacaq.

Şamil Ayrımın sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi müzakirə mövzularından biri olacaq:

“Səfər müddətində türk dövlətləri arasındakı münasibətlər, Qarabağın işğaldan azad edilməsi kimi məsələlər gündəmin müzakirə mövzusu olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir