Xarici siyasət

Rusiya Qarabağla bağlı səhvi düzəltdi – Fotolar

Sharing is caring!

Bu gün, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.

XəbərAl.az xəbər verir ki, başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf-“NKR” (yəni “dqr”) şəklində verilib. Lakin bir müddətdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki səhvi aradan qaldıraraq sülhməramlı həkimlərin Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini qeyd olunub.

Rusiya Qarabağla bağlı səhvi düzəltdi - Fotolar
Rusiya Qarabağla bağlı səhvi düzəltdi - Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir