Xarici siyasət

Ərdoğan Ruhani ilə Qarabağı müzakirə etdi

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Ərdoğan telefon söhbəti zamanı nüvə alimi Möhsin Fəxrizadənin sui-qəsdi ilə bağlı məyusluğunu ifadə edib.

Türkiyə lideri həmçinin Dağlıq Qarabağ münaqişəsində artıq yeni bir dövrün başladığını, bu dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə kölgə salacaq istənilən fəaliyyətdən həssaslıqla qaçınılmasının önəmli olduğunu, daimi sülh və əmin-amanlığın yaranmasının yeni fürsət pəncərələri açacağını, bunun Ermənistan da daxil olmaqla bütün region ölkələrinin xeyrinə olacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir