Xarici siyasət

Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər

Sharing is caring!

Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir.

XəbərAl.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.

“Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsinin fikrincə, UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və hazırkı vəziyyəti ilə əlaqəli bütün suallara cavab verə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir