Təhsil

Ağstafa rayon təhsil şöbəsinin “şefi” Mədəd Zeynalov Bakının mərkəzində 150 minlik ev alıb?!-İddia

Sharing is caring!

Ağstafa Rayonu Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun qanunsuz fəaliyyəti barəsində saytımızın ötən nömrələrində tənqidi məqalələr yazmışdıq.

Bizi izləyən əziz oxucularımız bu materialları oxuyub tanış olublar. Son günlər Təhsil “şefi” bu qanunsuz işlərinə son qoymaq əvəzinə,necə deyərlər,bir az da “üstünə qoyub”. Korrupsiya əməllərinin miqyasını genişləndirib.Rayonda təhsiln inkişafı istiqamətində faktiki olaraq heç bir əməli iş görmür.Məktəb direktorlarının hamısın “tasa” oturdub.Təhsildə korrupsiya baş alıb gedir.

Ağstafa rayon İcra başçısıSeymur Orucovun adından istifadə edərək “aylığı” verməyən məktəb direktorlarına hədə-qorxu gəlir.Hətta,bəzi məktəb direktorlarının “torbasını” tikməkdən belə çəkinmir.

Rayonun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovun “torbasın tikdiyi”nin hamımız şahid olduq.

Onu da qeyd edək ki,Mədəd Zeynalov Mətanət xanımın məktəb illərində şagirdi olub.Demək,M.Zeynalov həm də “ustadına kəm baxan” şəyird tipi kimi də obrazı hər kəsin gözü önündə canlanır.

Məlum səs yazısı olayından sonra Mətanət Məmmədovun səhhətindən ciddi problemlər yaranıb.Və o dərhal xəstəxanaya yerləşdirilib. Mətanət xanım hal-hazırda müalicəsini davam etdirir.Ürək ağrılarından əziyyət çəkir.Allah şəfa versin!

Bu yaxında saytmızın “votçap” nömrəsinə Ağstafa rayon təhsil müdiri M.Zeynalov haqqında ilginc bir faktlar daxil olmuşdur.Daha doğrusu RTŞ müdirinin korrupsiya əməlini subut edən təkzibolunmaz faktlar…

Belə ki,redaksiyamıza mənbənin verdiyi məlumata görə Ağstafa təhsl “şefi” Mədəd Zeynalov Bakı şəhərinin mərkəzində qiyməti 150 min manata olan yeni ev-villa alıb.Növbəti sayımızda həmən Villanın fotosunu da paylaşacağıq.

Sual yaranır: Bakının mərkəzindən olan bu bahaı evi maraqlıdır ki, Mədəd Zeynalov nəylə və ya hansı pulla alıb?

1 illik Şöbə müdirinin maaşı bu evi almağa qane edirmi?

Bundan başqa Mədəd müəllimin rayondakı obyekti haqqında da maraqlı bir faktı sizinlə paylaşmaq istəyirəm.

Həmçinin etibarlı mənbəmizin verdiyi məlumata görə rayon təhsil şöbəsinin yaxınlığında yerləşən bir Ət dükanı var.

Bu ət dükanı Mədəd Zeynalovun kassası rolunu oynayır.

Mənbə onu da qeyd edir ki, Mədəd Zeynalovun dayısı Məmmədov Hidayət Təhsil Şöbəsi yaxınlığında ət dükanı götürərək Mədəd Zeynalovun pul yığım işlərinə baxır.
Maraqlıdır ki, Ağstafa Rayonunda bu rüşvətxor müdiri kim maliyələşdiri və dəstək göstərir?Bəs bütün bunları, Ağstafa rayonu İcra Başcısı Seymur Orucov nə deyir? Cavabı çox sadə və ritorikdir.

Fotodaki AZ-05-AA 044 nömrəli Mersedes markalı avtomobil Mədəd Zeynalova məxsus olduğu bildirilir.Rayon Təhsil Şöbəsinin qarşısında dayanan bu Mersedes markalı avtomobil,həmçinin yol hərəkəti qaydasını kobud şəkildə pozmuşdur.Avtomobillərin prospekt boyunca saxlanılmasına diqqət edərkən bu bu kobud qayda pozuntusunu müşahidə etmək olar,məncə.

Redaksiyamıza şikayət edən Ağstafa rayon müəllimləri Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək bildirir ki,bu cür korrupsiya çirkabına bulaşmış təhsil müdirilə vidalaşmağın vaxtı çatıb.Bu yaxında narazı olan bir qrup Ağstafa müəllimləri Təhsil Nazirliyinin qarşısında Mədəd Zeynalovun qanunsuz əməllərinə görə piket keçirtməyə hazırlaşdıqlarını qeyd etdilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Turantv.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir