Təhsil

Şirvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru ilə bağlı tənqidi yazı öz əksini tapmadı – MÖVQE

Sharing is caring!

Xəbəral.az saytında bu gün “Şirvanda  başçının müavinin qohumu məktəb direktoru özünə böyük bir obyekt tikdirir – FOTO” başlıqlı yazı dərc etmişdik.

Yazının sonunda qarşı tərəfin mövqe haqqını tanıdığımızı qeyd etmişdik.

Jurnalist prinsiplərinə uyğun olaraq, sözügedən yazı ilə bağlı araşdırma apardıq. Araşdırmamız zamanı bəlli oldu ki, bizə göndərilən obyektin fotolarının Şirvan şəhəri 16 nömrəli məktəbin direktoru Aynurə Rzayevaya heç bir aidiyyatı yoxdur.

Xəbəral.az saytı Şirvan şəhərində ki, obyektin tamamı ilə başqa bir adama aidiyyatı olduğunu öyrəndikdən sonra yazını silmək qərarına gəldik.

Məhz buna görə də, Şirvan şəhəri 16 nömrəli məktəbin direktorundan üzr istəyirik.

Çalışırıq ki, hər zaman obyektivliyi qoruyaq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir