Təhsil

Mənim haqqımda deyilənlər yalandır! Kəlbəcər məktəb direktorundan AÇIQLAMA

Sharing is caring!

Xəbəral.az dünən axşam saatlarında “Məktəb Direktoru Digər Məktəbin Şagirdini Döydü – Kəlbəcər Təhsilində ŞOK OLAY – VİDEO” başlıqlı yazı dərc etmişdik.

Yazının sonunda Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyırı göstərmişdik.Məhz buna görə də jurnalistika prinsiplərinə uyğun olaraq , qarşı tərəfin də mövqeyini dərc etmək qərarına gəldik.

Nəzərinizə çatdıraq ki, 65 saylı Kəlbəcər rayon Məktəbinin direktoru Rasim Nəbiyev Xəbəral.az saytının redaksiyasına zəng edərək bizə öz mövqeini bildirdi.

Rasim Nəbiyəv bizə bildirdi ki, Qəribov Rəvanın mənim oğlum və mənim haqqımda video çəkilişlə bildirdiyi fikirlər tam əsassızdır. Mənim oğlum Nəbiyev Ayxan Goranboy rayonu 2 saylı məktəb də oxuyur.

Qəribov Rəvan da həmin məktəb də oxuyur.

Qəribov Rəvan qardaşı ilə bərabər oğlum Ayxan dərs də olarkən çölə çağırıblar. Onu 3 nəfər birlik də, döyməyə başlayıblar. Səbəb kimi də mənim oğlumun guya ki, Rəvana qaşqabaqlı baxıb. Söhbət də bundan qaynaqlanıb. Mən bunların davalı problemində olmamışam. Bunlar mənim övladım Ayxanı o ki var döyərək təhqir ediblər. Mən sonradan xəbər tutub məktəbə gəlmişəm. Uşaqları çağırmışam ki, bala ayıb deyil niyə dalaşırsınız?

Bunu deyər – deməz Rəvan və qardaşı yenidən oğluma hücum etdi. Bundan sonra mən oğlum Ayxanı götürüb Goranboy rayonu polis bölməsinə getdim. Həftənin 5-ci günü idi. Polisə ərizə verdikdən sonra, yollandıq həkim ekispertindən yoxlanışdan keçməyə. Goranboy xəstəxanasında mənimlə qarşılaşan Rəvanın qohumları yenidən mənim maşınıma söyüşlərlə hücum etdilər. Onlar bildilər ki, mən artıq polisə şikayət etmişəm, onlarda bir daha aqressiya yarandı.

Sizə bildirim ki, hal-hazırda sözügedən məsələ Goranboy rayon polis şöbəsində araşdırılır. Mən bu işi Allahın köməkliyi ilə qanun yolu ilə həll edəcəm. Mənim və övladımın bu işdə heç bir günahı yoxdur. Sadəcə onlar bilir ki, mən məktəb direktoruyam, onlar məni şərləmək istəyir.

Sizə göndərilən videonun heç bir əsası yoxdur. İnşallah qanunla haqq yolunu tapacaq. Xahiş edirəm sizə bildirdiklərimi olduğu kimi dərc edəsiniz. Öncədən təşəkkür edirəm. Sizin və Polislərimizin obyektivliyinizə inanıram.

Xatıraladaq ki, Rasim Nəbiyev 65 saylı Kəlbəcər məktəbinin direktoru yox, 77 saylı məktəbin direktorudur. (ŞİKAYƏTÇİ SƏHV GÖNDƏRİB)

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir