Tədbirlər

Nərimanov rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib-Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 25 fevral 2022-ci il tarixdə “Magic Castle” yşaq bağçasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Magic Castle” və “İlk Yuvam” uşaq bağçalarının birgə təşkilatçılığı ilə 26 fevral – Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Magic Castle” uşaq bağçasi rəhbəri Zərri Mehdiyeva, İlk Yuvam uşaq bağçasının rəhbəri Nuranə Ağayeva, XəbərAl.az saytının təsisçisi ,baş redaktoru Mirismayil Xələfli və Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən natiqlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasətinin həyata keçirildiyini vurğulayıblar. Həmçinin Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən və tarixi ədalətin bərpa edilməsindən danışıblar.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir