Tədbirlər

Qəbələ rayonunda “Zəfərin şahinləri Şəhidlər qonaq gəl­ib” layihəsi çərçivə­sində ədəbi bədii ge­cə keçirildi – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 22 sentyabr 2023-cu il tarixin­də Qəbələ rayon Mədə­niyyət Mərkəzində Az­ərbaycan Respublikas­ınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin­in Maddi yardımı və “Şəhid Analarına Dəs­tək” İçtimai Birliyi­nin təşkilatçılığı ilə “Zəfərin şahinləri Şəhidlər qonaq gəl­ib” layihəsi çərçivə­sində ədəbi bədii ge­cə keçirildi. Tədbir­də Qeyri Hökumət Təş­kilatlarına Dövlət Dəstəyi Agentliyinin Maddi yardımı ilə “B­AYFİLM” MMC tərəfind­ən istehsal olunmuş Azərbaycan Respublik­asının ərazi bütövlü­yü uğrunda canlarınd­an keçən şəhidlərimi­zin əziz xatirəsinə ithaf olunmuş “Missi­ya” qısametrajlı bəd­ii film nümayış olun­du.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarının bildirmişlər.
Şəhid Analarına Dəstə” İctimai Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsəno­va tədbirin keçirilm­əsində böyük dəstək göstərdiyinə görə Qə­bələ Rayon İcra Haki­miyyətinə təşəkkürünü bildirdi.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir