Tədbirlər


“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi tərəfindən “Uşaqlar və ailələr!” – valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji, tibbi ve hüquqi dəstəyin göstərilməsi adlı tədbir Şirvanda keçirilib

Sharing is caring!

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi “Uşaqlar və ailələr!” – valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji, tibbi ve hüquqi dəstəyin göstərilməsi layihəsi çərçivəsində Şirvan şəhərində ilk tədbirini keçirib.

Tədbirdə Bəsti Nəsibova çıxış edərək layihə haqqında məlumat verdı. Bəsti Nəsibova bildirdi ki, bir sual adamı daha çox narahat edir: bu gün uşaqların atılması, dilənçi kökünə salınması, aldadılması, ələbaxımlığa öyrədilməsi, satılması, diləndirilməsi təkcə valideynlərin yox, həm də cəmiyyətin yarası deyilmi? Günahsız uşaqları zamanın nehrəsində çalxamaq, zəmanənin şələsini hələ bərkdən-boşdan çıxmamış çiyinlərinə yükləmək günahdır. Çünki bu ağır yükə onların tab gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Unutmayaq ki, Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının mənəvi böyüklüyü ilə ölçülür və bunu təmin etmək təkcə dövlətin yox, vətəndaş olaraq hər birimizin borcudur. Biz yalnız onda “Uşaqlar bizim gələcəyimizdir” deyə bilərik.

Sonra pisxoloq Gülnara İnanc çıxışında uşaqların psixoloji və pedaqoji korreksiyasının paralel aparılmasının əhəmiyyətini qeyd edib: “Ağır sosial şərairdə yaşamış, zorakılığa məruz qalmış uşaqlar elementar davranış və gigiyena qaydalarını belə bilmir. Nə həmyaşıdları, nə də böyüklərlə münasibət qura bilmir. Əvvəlcə, müşahidələrlə uşaqlardakı qüsurlu cəhətlər aşkar edilib ortaya çıxarılır. Sonra isə sığınacağın əməkdaşları ilə birgə yeni davranış qaydalarının öyrədilməsinə başlanılır. Qənaətbəxş nəticələrimiz var . Onların gələcəkdə cəmiyyətə rahat adaptasiya olmaq üçün zəmin hazırlanır.”

Tədbirdə Ülviyyə xanım söz alaraq bildirdi ki, layihə çərçivəsində ailələrdə olublar və küçədə yaşayan uşaqların həyat şəraiti ilə maraqlanıblar. Məlum olub ki, bəzi uşaqların valideyini yoxdur bə onlar nənə himayəsində yaşayırlar. Bu uşaqlar ona görə də küçədə yaşayırlar və pis vərdişlərə aludə olurlar.Ulviyyə xanım bildirdi ki, biz bu uşaqlar küçələrdən tapılıb” Mərhəmət” sığınacaq evinə bir neçəsini yerləşdirmişik. İndi bu uşaqlar bizim qayğımız nəticəsində bəzi vərdişlərindən əl çəkiblər və yeni həyata adapdasıya olunmağa çalışırlar.

XəbərAl.az saytının təsisçisi Mirismayıl Xələfli tədbirdə çıxış edərək bildirdi: Biz bilməliyik bu uşaqlar küçələrə nə üçün düşüb, səbəb nədir. Bu işləri biz Dövlət qurumları ilə birlikdə işləməliyik və küçəyə düşən uşaqları sığınacaqlara yerləşdirməliyik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir