XəbərAl.az-ın məlumatına görə, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinə start verilib. Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir. Layihədən Bakı şəhərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 – dən çox şagird faydalanacaq. Layihə iki hissədən ibarət olacaq. 1-ci hissə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gənclərin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstəriləcək. Layihənin 2-ci hissəsində ümumillikdə 150 nəfərdən çox gəncə layihə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar veriləcəkdir. Seanslar bitdikdən sonra həmin müəssisələrdən məzun olmuş gənclər Şamaxı rayonunda 3 günlük düşərgədə iştirak edəcəklər.
Oxşar Xəbərlər
Taxta qiymətləri artacaq? – AÇIQLAMA
Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır. Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) […]
Sabah Bakıda 27, rayonlarda 29 dərəcə isti olacaq
Ölkə ərazisində oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% […]
Ursula fon der Lyayen: “Avropa İttifaqı Ukraynaya 77 min tondan çox yardım göndərib” – FOTO
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı ukraynalılara 77 min tondan çox yardımı göndərib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Twitter”də məlumat yayıb. Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu yardımın tərkibində dərmanlar, qida, sığınacaq əşyaları, həmçinin yanğınsöndürən maşınlar və mobil xəstəxanalar kimi zəruri vasitələr də olub. “Avropanın Ukrayna ilə həmrəyliyi […]