Tədbirlər

“Qarabağ Azərbaycandır!” beynəlxalq rəsm müsabiqəsinə yekun vuruldu – FOTO

Sharing is caring!

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 noyabr-29 dekabr 2020-ci il tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb.

Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Onlayn platformada 3 yaş qrupu (6-9 yaş; 10-13 yaş; 14-17 yaş) üzrə keçirilən müsabiqəyə respublikamızın, eləcə də Türkiyə, Rusiya, Almaniya, İsrail, Myanmar, Bolqarıstan, Ukrayna digər xarici ölkələrdə yaşayan məktəbli və müəllimləri qatılıb. Müsabiqəyə ümumilikdə 600-ə yaxın rəsm işi təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, 4 nəfər “Qran-pri” mükafatına,15 nəfər I, 15 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb. Qalib və fəal iştirakçılar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir