UNEC ilə “Loqos” arasında imzalanan memarandum əsasında tədbirlər planının müzakirəsi ilə bağlı UNEC İnklüziv Təhsil Mərkəzinin heyəti “Loqos” – da olublar. XəbərAl.az xəbər verir ki,Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova nümayəndə heyətini Mərkəzlə tanış edib və ətraflı məlumat veribdir. Daha sonra “Loqos” un təsisçisi Təranə Məmmədovanın rəhbərliyi ilə görüş baş tutubdur. Görüşü açıq elan edən T.Məmmədova bildirib ki, UNEC –lə başlanan əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olacaq və 2020-ci ildə tərəflər birgə maraqlı layihələr icra edəcəklər. UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova Mərkəzlə tanışlıqdan məmnun olduğunu bildirib və qeyd edib ki, UNEC-də təhsil alan əlilliyi və sağlamlıq imkanları məhdud olan tələbələrin cəmiyyətdə sosial – psixoloji hazırlığını “Loqos” la birgə etmək UNEC üçün əhəmyyətli fayda verəcəkdir. Sonra hər iki tərəfin komandası birgə tədbirlər planını müzakirə ediblər.
Oxşar Xəbərlər
Misirdə naməlum xəstəlik yayılıb
Misirin kurortlarında naməlum xəstəlik epidemiyası yayılıb. Bu barədə Misir Səhiyyə Nazirliyi xəbər verib. Məlumata görə, yoluxma halları Qahirədən 600 kilometr cənubda yerləşən Qena əyalətində qeydə alınıb. Mütəxəssislər xəstələrdən və ətraf mühit obyektlərindən nümunələr götürmək, həmçinin vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə yollanıblar. Xəstələrdə yüksək bədən istiliyi, ağrılar, baş ağrıları və şiddətli yorğunluq var, ağır formada qanaxma, qusma […]
Mingəçevirdə iranlıya narkokuryerlik edən keçmiş məhkum TUTULDU – FOTO/VİDEO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərov tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq heroin və külli miqdarda […]
Hindistan şəhərində azan verilməsinə qadağa qoyuldu: İnsanlar küçələrə çıxıb etiraz etdilər – VİDEO
Hindistanın Mumbay şəhərində səsgücləndiricilərlə azan verilməsi qadağan olunub. Buna cavab olaraq, şəhərin müsəlman əhalisindən bir qrup insan küçələrə çıxaraq azan oxumağa başlayıb. Mənbə: Haber7 Xeberal.az