Şou-Biznes

“Müğənnilərin arxasında ordu var“ – Ədalət Şükürov

Sharing is caring!

“Əslində müşahidələr zamanı görürük ki, avtobusa daxil olanda 50-80 nəfər birdən gedir. Özü də məsafə saxlanılmır, hamı yanbayan dayanır”.

Bu sözləri  Əməkdar artist Ədalət Şükürov deyib. Sənətçi qeyd edib ki, artıq toylara qoyulan qadağalar götürülməlidir:

“Mənim fikrimcə, əgər sanitar-epidemioloji qaydalar nəzərə alınacaqsa və insanlar da buna riayət edəcəksə toy məclislərinə icazə verilə bilər. Əslində müşahidələr zamanı görürük ki, avtobusa daxil  olanda 50-80 nəfər birdən gedir. Toylara yavaş-yavaş icazə vermək olar, əvvəlcədən rəhbərliyə xəbərdarlıq edilərək, hər kəs maskada, əlləri spirtlənərək, ələlxüsus da bir-birləri ilə ara məsafəni saxlayaraq məclisə gələ bilər. Onsuz da məclisdə rəqs edəndə də hamı ayrı-ayrı rəqs edir”.

Şükürov qadağanın götürülməsinin şadlıq saraylarında çalışanlar, sənətçilər və toylardan qazanan digər sahənin adamları üçün vacib olduğunu vurğulayıb:

“Toyların açılmasını təkcə özümüzə görə istəmirik. Söhbət müğənnilərdən getmir, müğənnilərin arxasında ordu var. Salonlar, fotoqraflar, zərgərlər var. Valideynlər övladlarına ev almalıdır, alsa təmir etdirməlidir, mebel almalıdır və s. Bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Ona görə hazırda evlər də satılmır, divar kağızı da alan yoxdur. Biz 100-200 müğənnidən danışmırıq, baxın, bizim ölkədə 800-ə yaxın şadlıq sarayı var, orada minlərlə insan işləyir. Ölkənin ən azı 40 faizi toya bağlıdır. Dövləti də qınamaq olmur, doğurdan da  dünyada yayılmış epidemiyadır. Açığı, dövlət hazırki vəziyyətdə bacardığı hər şeyi edir. Onlar da vaksinasiyanın nəticəsini gözləyirlər. Vaksin olunandan sonra onun effektiv olub-olmadığını öyrənmək üçün bir müddət gözləmək lazımdır. İnşallah fevralın 25-dən sonra hər şey bəlli olacaq. Əsas nəticədir. Vaksin  təsirli olsa, əlbəttə ki, iş yerlərini açmaq lazımdır, insanlar işləməlidir, hamı iş üçün darıxıb. Biz azərbaycanlılar işləməyi sevən insanlarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir