Şou-Biznes

“O paltara görə mənə tərbiyəsiz dedilər” – Mənzurə ağladı

Sharing is caring!

“Nə qədər adam geyinib, heç kim heç nə demədi. Mən geyinəndə tənqid edildim. Ətək geyindim, şalvar oldu – nə fərqi var? Yaşılı ətək edib, yerlə sürüdürlər”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Xəbər-ətər” proqramında deyib. Bir müddət əvvəl bayrağın rənglərində olan paltar geyinən və tənqid edilən sənətçi bunla bağlı açıqlama verib.

Mənzurə ünvanına yazılan təhqirlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

“5 minlik paltar geyinərsən, amma belə qürur hiss etməzsən. Parçasının bir mahiyyəti yoxdur, tikdirdim və necə qürurla geyindim. Elə sevinə-sevinə geyinmişdim ki… Bilsəydim, bu qədər qınağa çevriləcək geyinməzdim. Gözümdən gətirdilər.

Nə qədər ağladım. Mənə o paltara görə tərbiyəsiz dedilər. Məndə olan tərbiyə heç onların özündə yoxdur (ağlayır). Mənə çox pis təsir etdi. Mənim kimi tərbiyəli olsunlar, sonra yazsınlar. Hər kəs sevincini bir cürə bölüşürdü. Kim necə istədi, elə çatdırdı. Onu geyinəndə elə bilirdim çox xoşbəxtəm. Tərbiyənin geyimlə əlaqəsi yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir