Şou-Biznes

Murad Arif əsgərlər üçün konsert vermək istəyir

Sharing is caring!

Müğənni-bəstəkar Murad Arif hərbçilər üçün təşkil edilən konsert proqramlarında iştirak etmək istədiyini bildirib.

Xəbəral.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat verən sənətçi bu tip konsertlər təşkil olunanda onu çağırmalarını xahiş edib:

“Xahiş edirəm, hansı hərbi hissədə, hansı rayonda əsgərlərimiz, hərbçilərimiz üçün konsertlər, tədbirlər, görüşlər olsa çağırın. Ən ucqar yerdə olsun, hər həftə olsun, həftədə bir neçə gün olsun fərq etməz. Çox xahiş edirəm. Nəqliyyat da lazım deyil, amma bu tədbirləri edək, xahiş edirəm, unutmayın. Soyuqdan üşüyən minlərlə qardaşımıza mənəvi dəstək, stimul lazımdır. O qədər olmuşam ki, o tədbirlərdə… O qardaşlarla kazarmada çörək yemək, onlarla söhbətləşmək, tanış olmaq ən gözəl xatirələrimdir. Hər dəfə səfərdən sonra o qədər emosiya toplamışam ki… Özü də hərbi hissə nə qədər uzaqda olsa, o hisslər, o darıxmaq, görüş sevinci daha da güclənir. Mən bunu dəfələrlə yaşamışam, indi də çox lazımdır”.

Qeyd edək ki, müğənni bir aydır ki, sosial şəbəkədə ordumuza dəstək fləşmobu başladıb. Onun dəvəti ilə fiziki və hüquqi şəxslər, şirkətlər və müxtəlif qurumların nümayəndələri Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən məbləğdə pul yatırırlar. Bu fləşmob sayəsində artıq 652 min manatdan çox pul toplanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir