Şou-Biznes

Məşhur reper “çılpaq kostyumda” SƏHNƏYƏ ÇIXDI

Sharing is caring!

Tommi Keş təxəllüsü ilə tanınan məşhur estoniyalı reper Tomas Tammemets çılpaq bədəni əks etdirən kostyumda səhnəyə çıxıb və pərəstişkarlarını çaşdırıb.

Lent.az xəbətr verir ki, müvafiq görüntülər reperin "Instagram" hesabında dərc edilib.

Kadrlarda 31 yaşlı ifaçı kişi bədənini təqlid edən kostyumda, çılpaq əzələli ayaqları formasında şalvarda, həmçinin qarnında naxışlı qollar və süni pencəkdə görünüb. Bundan əlavə, sənətçi ağ köynək və qalstuk geyinib. O, görüntünü şalvar üzərində ağ corab və qara lak ayaqqabı ilə tamamlayıb.

Məlumdur ki, sözügedən geyimdə kişi Jean Paul Gaultierin kolleksiyasının şousunda iştirak edib.

Pərəstişkarları postun altındakı şərhlərdə ulduzun görünüşünü qiymətləndiriblər. “Aman Allah”, “Bu dəb deyil!”, “Bu kostyumun mənası yoxdur”, “Sadəcə gülməlidir”, “Bir növ kabus”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir