Dünya

Media ABŞ-nin Çinə etdiyi xahişindən xəbər tutdu

Sharing is caring!


ABŞ dəfələrlə Çindən Yaxın Şərqdə gərginliyi alovlandırmamaq və husiləri cilovlamaq üçün İrana xəbərdarlıq göndərməsini xahiş edib.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ son üç ay ərzində dəfələrlə Çinin yüksəksəviyyəli rəsmiləri qarşısında məsələ qaldırıb. Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və onun müavini Conatan Fayner bunu Çin Kommunist Partiyasının beynəlxalq departamentinin rəhbəri Lyu Tszyançao ilə müzakirə edib. Həmçinin dövlət katibi Antoni Blinken də məsələ qaldırıb.

Ancaq amerikalı rəsmilər Pekinin Qırmızı dənizdə gəmilərin təhlükəsiz keçməsini tələb edən bəyanatından başqa, Çinin İrana hər hansı şəkildə təsir göstərməyə çalışdığına dair çox az dəlilin olduğunu bildiriblər.

Qeyd edək ki, İrana bağlı olan Yəmənin  “Ənsar Allah” (husilər) hərəkatının üzvləri HƏMAS-ın İsrailə hücuma başlamasından sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir