Şou-Biznes

Təyyarə bələdçisi gənclərin “bal ayını” xilas etdi

Sharing is caring!

“Delta” hava yollarının təyyarə bələdçisi onların reysi ilə bal ayına gedən gənclərin söhbətini eşidib və dərhal köməyə tələsib.

Bələdçi Detroyt şəhərindən Puerto-Rikoya uçan gənclərin pasportu evdə unutduqlarına görə narahat olduqlarını görüb. Pasport olmadan onların məzuniyyətləri alınmayacaqdı.

Lent.az-ın xarici mediaya istinadən  xəbərinə görə, bələdçi Dasti Dills digər təyyarədəki ekipaj üzvlərinə zəng vuraraq pasportun gətirilməsini xahiş edib.

Gənclərin qohumu pasportu hava limanına gətirib, növbəti reysin ekipajına verib, beləcə Puerto Rikaya enən gənclər hava limanında arxadan gələn təyyarənin ekipajından öz pasportlarını götürə biliblər.

Gənclər sosial şəbəkə vasitəsilə şirkətə və Dastiyə təşəkkürlərini bildiriblər.


 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir