Şou-Biznes

“Sherlock”un evinə bıçaqla hücum edildi

Sharing is caring!

Məşhur “Sherlock” serialının ulduzu Benedikt Kamberbetçinin evinə bıçaqla hücum edilib. 

Lent.az xəbər verir ki, hadisə zamanı aktyor həyat yoldaşı və uşaqları ilə birlikdə evdə olub. 

Hücum edilən şəxsin Londonun lüks otellərinin birində işləyən aşpaz olduğu bildirilir. Aşpaz əvvəlcə aktyora hədə-qorxu gəlib, daha sonra qapıdakı domofon cihazını divardan çıxarıb. 

Hücum edən şəxs hadisə yerindən qaçsa da, interkomda tapılan DNT izi sayəsində qısa müddətdə yaxalanıb. 

Polisin dindirməsi zamanı günahını boynuna alan aşpaz 250 funt sterlinq cərimə edilib və 3 ilə qədər çalışdığı işdən uzaqlaşdırılıb. Onun hadisəni nə səbəbə görə törətdiyi məlum deyil. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir