Şou-Biznes

Nazilə Səfərli “bayquş”, “bambılı” deyərək kimi hədəfə aldı?

Sharing is caring!

Tanınmış tamada, şairə Nazilə Səfərli özlərini müğənnilərin prodüseri kimi təqdim edən bir neçə nəfəri hədəfə alıb.

Lent.az-ın məlumatına görə, canlı yayım açan şairə özünə prodüser axtardığını deyib.

“İstəyirəm, mənim paltarlarımı o seçib məni biabır eləsin, hara getsəm, orda pulla tutulmuş fanatlarım ağlayıb, özlərini məndən ötrü öldürsünlər, “ lezvalasınlar”, – deyə o kinayə ilə bildirib. 

Daha sonra şairə xanım qeyd edib ki, prodüserlik müğənnilikdən qat-qat üstün sənətdir: “Kimin pulu, bacarığı varsa müğənniyə pul buraxır, konsertlərini təşkil edir. Özü də qazanır, müğənni də. Yoxsa müğənninin dalına düşüb onun çantasını daşımır, ay bayquşlar, ay bambılılar”,

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir