Şou-Biznes

Conni Depp və Ember Herdin ailə qalmaqallarından film çəkiləcək

Sharing is caring!

Hollivudun sabiq cütlüyü, əvvəllər ər-arvad, indi isə düşmən olan Conni Depplə Enber Hardın məhkəmə davaları haqqında sənədli film çəkiləcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, film bu bazar günü ABŞ-ın “Channel 4” TV kanalı ilə yayımlanacaq.

Film 3 seriyadan ibarət olacaq. Filmin rejissoru Emma Kuperdir.

Conni Depp  keçmiş arvadından boşanarkən yalançı ittihamlara məruz qalmışdı. Ember ərinin onu döydüyünü və zorladığını idda etmiş, buna görə Hollivudda Connidən üz döndərmişdilər.

O, məsum olduğunu sübut etdikdən sonra yenidən ekranlara dönüb. Ember isə İspaniyada gözdən uzaq həyat yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir