Şou-Biznes

Şakira “İlin qadını” seçildi

Sharing is caring!

Kolumbiyalı pop super ulduz “Latin Women in Music”in ilk qala gecəsində “Billboard” jurnalının versiyası üzrə “İlin qadını” seçilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Mujeres Latinas in la Musica" kimi də tanınan qarşıdan gələn iki saatlıq xüsusi proqram "musiqi sənayesində müsbət dəyişiklik, inklüzivlik və gender pariteti istiqamətində fəal şəkildə çalışan latın amerikalı qadın sənətçilərə, rəhbərlərə və yaradıcılara" həsr olunub.

Şakira 11 studiya albomu və bir neçə “Latın Qremmi” mükafatı ilə yeniyetməlik illərindən musiqi sənayesindədir.

Dünyada 95 milyondan çox albomu satılan Şakira, “Billboard”a görə təkcə bütün zamanların ən çox satılan musiqi sənətçilərindən biri deyil, həm də Latın Amerikasının ən çox satılan müğənnisidir.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir