İdman

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Sharing is caring!

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

Boks Federasiyasından verilən məlumata görə, bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Yarışın ilk günündə Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.

1/32 final mərhələsi
Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)

1/16 final mərhələsi

Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai (Tailand)
Amin Məmmədzadə (51 kq) – Sinqh Mandenqbam (Hindistan)
Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)
Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)
Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)
Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)
Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)
Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)
Rəşid Məmmədov (86 kq) – İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)
Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)
Aysu Dərvişova (57 kq) – Qvadalupe Peres (ABŞ)

1/8 final mərhələsi

Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)

Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir