Şou-Biznes

Dünyada şou-biznes turu – KİMLƏR NƏ EDİR?

Sharing is caring!

Dünya şou-biznesində nələr baş verir? Əgər bu sizə maraqlıdırsa, 5 dəqiqədə gündəmdən xəbərdar olun.

Lent.az təfərrüatları təqdim edir:

Barbadoslu 35 yaşlı milyarder müğənni Rihanna bazar günü gecə sevgilisi 34 yaşlı reper ASAP Rocky ilə şam yeməyinə çıxıb. 11 aylıq oğlunu evdə qoyan cütlük Nyu Yorkda romantik gecə keçirib. İkinci körpəsinə hamilə olan Rihanna qarnını bildirən qırmızı kostyum geyinib. Keçən həftə çəhrayı uşaq paltarında göründüyü üçün Rihannanın qız övladı gözlədiyi təxmin edilir.

Oskar mükafatlı aktyor Bred Pitt "Formula 1" çempionu pilot Lyuis Həmiltonla yarışacaq. Onlar Britaniya Qran Prisi yarışında üz-üzə gələcəklər. Pitt Hamiltonun prodüseri olduğu filmdə rol alacaq. Bu yarış da həmin filmdən bir səhnə üçün baş tutacaq. Pitt filmdə keçmiş "Formula 1" sürücüsü rolunu oynayacaq. Rəqəmsal platforma filmin nümayiş hüququnu 130 milyon dollara alıb.

KAPIŞACAKLAR

Amerikalı müğənni Keti Perri mayın 7-də İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində səhnəyə çıxacaq. Kral Perriyə qalması üçün Windsor qalasında bir otaq ayırmağı təklif edib. Perri və Çarlz 2019-cu ildə Mumbayda keçirilən tədbirdə bir araya gəliblər.

KRALDAN ŞATO DAVETİ

O zaman şahzadə olan Çarlz Perridən köməkçisi ilə xatirə şəkli çəkdirməsini xahiş edib. Çarlz sağ əlinin uşaqlarının Perrinin pərəstişkarı olduğunu və bu kadrı onlar üçün istədiyini söyləyib. Mərasimdə britaniyalı müğənnilər də səhnəyə çıxacaq. Lakin Perri kimi beynəlxalq müğənnilər də dəvət olunub, çünki bu, bütün dünyada maraq doğurub.

Amerikalı model Kendall Cenner güzgüdən çəkdirdiyi selfi paylaşıb. Fanatlar qələmə bənzər aparatı hamiləlik testi ilə səhv salıblar. Cenner bir neçə aydır ki, reper Bad Bunni ilə münasibətdədir. Halbuki Cennerin əlində reklam siması olduğu markanın diş ağardıcı qələmi idi. Məhsul Cennerin eşq həyatı sayəsində gözləniləndən daha çox maraq doğurub.

AŞK HAYATI İŞİNE YARADI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir