Şou-Biznes

Məşhur aktyor cinsi təcavüzdə ittiham olunur – FOTO

Sharing is caring!

"Asteriks və Obeliks"in ulduzu Jerar Depardye cinsi təcavüzdə ittiham olunur.

"Asteriks və Oburisk Sezara qarşı" filmi ilə tanınan məşhur fransız aktyoru Jerar Depardye cinsi qısnama ittihamı ilə üzləşib. 

Lennt.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Fransada 13 qadın futbolçu aktyorun onları fiziki təzyiq və nalayiq sözlərlə təhqir etdiyini iddia edib.

Bildirilir ki, son iyirmi ildə kino və televiziyalarda və ya ictimai yerlərdə təqib halları baş verib.

Jerar Depardyenin vəkili 74 yaşlı aktyorun ittihamları rədd etdiyini bildirib. 

Təxminən iki il əvvəl başqa bir aktrisa haqqında zorlama iddiaları gündəmə gəlib. 

Depardye ittihamları rədd etmişdi.

13 qadın hələ də məsələ ilə bağlı hüquqi tədbir görməyib.

Xatırladaq ki, Jerar Depardye 2013-cü ildən Rusiya vətəndaşlığını qəbul edib.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir