Şou-Biznes

Ancelina Coli yeni biznesə BAŞLAYIR

Sharing is caring!

Məşhur amerikalı aktrisa, rejissor və prodüser Ancelina Coli öz geyim və zərgərlik brendini yaratmaq qərarına gəlib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 47 yaşlı məşhur  “Atelier Jolie” adlı şəxsi geyim və zərgərlik brendini yaratmaq istəyir.

Xatırladaq ki, bu ilin yanvar ayında Ancelina Colinin qadınlara qarşı zorakılıqla mübarizə üçün xeyriyyə fondunu bağlayıb. O, bu qərarı maliyyə çətinlikləri səbəbindən verib. 

Bundan əlavə, ulduz bu il BMT-nin Qaçqınlar üzrə xoşməramlı səfiri olmaqdan imtina edib. O, bundan sonra qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir